EN

Azərbaycanın Türk dünyası, o cümlədən Qırğızıstanla əməkdaşlığının perspektivləriŞƏRH

Azərbaycanın

Bakı, 27 aprel, AZƏRTAC

Azərbaycanın xarici siyasət kursunun prioritet istiqamətlərindən biri də Mərkəzi Asiya, eləcə də regionun türkdilli dövlətləri ilə münasibətlərin inkişaf etdirilməsidir. Türk dövlətləri ilə kəmiyyət və keyfiyyət baxımından intensivləşən əməkdaşlıq münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməkdə davam edir. Bu baxımdan, Qırğızıstan Prezidenti Sadır Japarovun ölkəmizə səfəri iki ölkə arasındakı münasibətlərin inkişafı istiqamətində olduqca mühüm əhəmiyyət kəsb edir. Ölkə başçılarının səmimi görüşləri və imzalanan sənədlər onu deməyə əsas verir ki, iki ölkə arasında münasibətlər yüksələn xətlə inkişafdadır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Tamam Cəfərova deyib.

Azərbaycan və qırğız xalqları arasında tarixən ənənəvi dostluq və qardaşlıq əlaqələrinin olduğunu qeyd edən deputat münasibətlərimizin möhkəm təməllər üzərində qurulduğunu bildirib. Azərbaycanla Qırğızıstan arasındakı dövlətçilik münasibətlərinin əsasının Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulduğunu xatırladan T.Cəfərova deyib: “Həmin münasibətlər bu gün yüksək səviyyədə inkişaf edir. İki ölkə arasında tarixdən gələn dostluq, qardaşlıq münasibətləri həm ikitərəfli münasibətlərdə, həm də beynəlxalq təşkilatlar səviyyəsində əlaqələrdə baza rolunu oynayır. Prezident İlham Əliyevin çıxışında qeyd etdiyi kimi, Azərbaycanı Mərkəzi Asiya ilə çoxəsrlik əməkdaşlıq, dostluq, qarşılıqlı fəaliyyət bağları birləşdirir və ölkəmiz enerji resursları, nəqliyyat yolları, ticarət baxımından böyük əhəmiyyət kəsb edir”.

Deputatın sözlərinə görə, ölkələr arasında sıx əlaqələrin formalaşmasında iqtisadi amil olduqca mühüm əhəmiyyət kəsb edir. Hər iki ölkə arasında iqtisadi-ticari sahədə fəal əməkdaşlıq mövcuddur. Ölkələrimiz arasında ticarət dövriyyəsinin dəfələrlə artması Azərbaycan və Qırğızıstan arasında münasibətlərin inkişaf dinamikasını aydın şəkildə ortaya qoyur. İki ölkə arasında bütün istiqamətlər üzrə fəal qarşılıqlı fəaliyyət uğurla davam etdirilir.

“Qırğızıstan Prezidentinin səfəri çərçivəsində Bakıda görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun abidəsinin açılış mərasiminin baş tutması, eləcə də Sadır Japarovun təşəbbüsü ilə Ağdam rayonunda orta məktəbin tikintisini Qırğızıstanın vəsaiti hesabına həyata keçirməsi ölkələrimiz və xalqlarımız arasında tarixdən gələn dostluğun və qardaşlığın açıq təzahürüdür”, - deyə Tamam Cəfərova vurğulayıb.

O bildirib ki, Azərbaycanın Mərkəzi Asiya ölkələri, xüsusilə Türk dünyası, o cümlədən Qırğızıstanla əməkdaşlığının geniş perspektivləri var. Qırğızıstan Prezidenti Sadır Japarovun ölkəmizə səfəri çərçivəsində iki ölkə arasında imzalanmış sənədlər qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsində və bütün istiqamətlər üzrə əməkdaşlığın daha da inkişaf etdirilməsində mühüm rol oynayacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
74
Sources
Comment ()
Close

Rating

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
19540
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
13310
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
10520
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
5087
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
5030
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
3729
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
3459
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
2908
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
2602
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
2248
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
1713
Azərbaycan nefti ucuzlaşdı
1207
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
1087
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
1058
Rəisinin helikopterinin qəzaya uğradığı yer - Foto
1037
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
1025
Mayın ilk gününün havası açıqlanıb
984
Arda dubl etdi - VİDEO
866
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
836