"Formula-1" sinfində avtomobil yarışları üzrə üçqat dünya çempionu, niderlandlı Maks Ferstappen "Red Bull" komandasından "Mercedes"ə keçə bilər.
Milli.Az oxu.az-a istinadən bildirir ki, qeyd olunur ki, Ferstappen mayın 3-dən 5-dək keçiriləcək Mayami Qran Prisindən sonra "Mercedes"in rəhbərliyi ilə görüşəcək. Müqavilə 2025-ci ildən imzalana bilər.
Məlumata görə "Mercedes" komnandası Niderlandlı yarışçıya bonuslar və xüsusi ödənişlər nəzərə alınmaqla təxminən 150 milyon avro maaş təklif etməyə hazırdır.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun