EN

FHN silsilə maarifləndirmə tədbirləri keçirdi

Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib.

Nazirlikdən Teleqraf.com-a verilən xəbərə görə, nazirliyin Dövlət Yanğın Nəzarəti Xidmətinin mütəxəssislərinin də iştirakı ilə Bakı Regional Mərkəzi tərəfindən Bakı şəhəri Nəsimi rayonu İlyas Əfəndiyev adına Elitar Gimnaziyada, Xətai rayonu 17, Sabunçu rayonu 295, Binəqədi rayonu 276 nömrəli tam orta məktəblərində, Gəncə Regional Mərkəzi tərəfindən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət xidmətinin Samux rayon Bölməsində, Şimal-qərb Regional Mərkəzi tərəfindən Ağsu rayonu A.Soltanov adına Qəşəd və Bico kənd tam orta məktəblərində, Şimal Regional Mərkəzi tərəfindən Qusar şəhəri, 6 nömrəli tam orta məktəbdə, Qarabağ Regional Mərkəzi tərəfindən Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecində, Aran Regional Mərkəzi tərəfindən Mingəçevir şəhər 13 nömrəli tam orta məktəbində maarifləndirmə tədbirləri keçirilib.

Tədbirlərin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə vətəndaşlara müvafiq biliklərin verilməsi olub.

Tədbirlərdə fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğınların başvermə səbəbləri və bu zaman zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.

İnteraktiv formada keçirilən tədbirlər zamanı suallar ətraflı cavablandırılıb.


Müəllif: Teleqraf.com

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
266
18
Sources
Comment ()
Close

Rating

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
17879
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
12756
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
10132
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
4395
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
4005
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
3306
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
3127
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
2681
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
2326
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
2129
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
1615
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Azərbaycan nefti ucuzlaşdı
1115
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
1024
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
999
Rəisinin helikopterinin qəzaya uğradığı yer - Foto
997
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
981
Mayın ilk gününün havası açıqlanıb
898
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
805
Arda dubl etdi - VİDEO
797