Bakı. Trend:
Gürcüstan əhalisi 2023-cü ildə əvvəlki illə müqayisədə 1,1 faizazalıb. Bu il yanvarın 1-nə olan məlumata görə, ölkə əhalisininsayı 3 milyon 694 min 600 nəfər təşkil edib. Əhalinin 48 faizikişilər, 52 faizi qadınlardır.
Trend xəbər verir ki, bu barədə Gürcüstan Milli StatistikaXidməti məlumat yayıb.
Bildirilir ki, 2023-cü ildə təbii artımda 2542 nəfər azalmaolub, 39 min 207 mənfi miqrasiya qeydə alınıb. Əhalinin əməkqabiliyyətli yaş həddi 15-64 yaş təşkil edib ki, bu da ümumiəhalinin 64,3 faizi deməkdir.
Ölkə əhalisinin 19,5 faizi 0-14 yaş arasında, 64,3 faizi 15-64yaşında, 16,2 faizi isə 65 yaşdan yuxarı olanlardır. Ortauzunömürlülük 2022-ci illə müqayisədə 1,3 vahid artaraq 75 yaşaçatıb. Qadınlar arasında bu göstərici 79,4 yaş, kişilər arasındaisə 70,6 yaşdır.
Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.