Bu gün Türkiyə Super Liqasında XXXIV tura start verilib.
Futbolpress.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib. Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyevin formasını geyindiyi "Adana Demirspor" azarkeşləri önündə lider "Qalatasaray"ı qəbul edib. Matç qonaqların qələbəsiylə başa çatıb - 3:0.
Şahruddin oyuna start heyətdə başlayıb və sona qədər oynayıb.