Rusiyanın “ayıq-sayıq” hüquq-mühafizə orqanları “Crocus City Hall”da törədilən terror aktında əli olduğu ehtimal edilən daha bir şəxsi saxlayıb.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri “5-tv.ru”-ya mənbəbildirib.
Tutulanın qonşu ölkənin vətəndaşı Cumoxon Kurbonov olduğu ehtimal edilir. Hazırda onun konsert zalına hücumda əli olub-olmaması araşdırılır.
Qeyd edək ki, bu iş üzrə əvvəllər ümumilikdə 11 nəfər, o cümlədən terror aktını törədən dörd nəfər həbs edilib.
Beləliklə, bundan əvvəl səkkizinci təqsirləndirilən şəxs Əlişir Kasımov olub.Doqquzuncu, Nəzrimad Lütfülloi terror aktının ertəsi günü saxlanılıb. Onuncu iştirakçı Yakubjoni Yusufzodaaprelin 1-də, sonuncusu Məhəmməd Şaripzoda isə aprelin 5-də həbs edilib.
...Hələ ki, ruslar qonşu ölkə vətəndaşlarını tuta-tuta gedirlər.
Nazlı
Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.