EN

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Bakı, 26 aprel, AZƏRTAC

Aprelin 25-27-də Azərbaycan Hakimlər İttifaqının sədri Ramiz Rzayev və sədr müavini Sənan Hacıyev Polşa Respublikasının paytaxtı Varşava şəhərində Avropa Hakimlər Assosiasiyasının İllik Toplantısında iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, tədbirin ilk günündə Polşanın Senatında bu ölkənin Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə hakimlərin müstəqillik təminatlarına həsr olunmuş “1000 hakim mantiyası daha yaxşı Avropa uğrunda” adlı beynəlxalq konfrans işinə başlayıb. Konfransda Polşanın ədliyyə naziri Adam Bodner və müxtəlif ölkələrin nümayəndələri çıxış edərək mövzu ətrafında müzakirələr aparıblar.

Növbəti gün 44 ölkənin hakimlərinin iştirak etdiyi Avropa Hakimlər Assosiasiyasının İllik Toplantısında Avropa Hakimlər Assosiasiyasının sədri Mikael Sjoberg təşkilatın ötən il həyata keçirdiyi fəaliyyət barədə, habelə ayrı-ayrı dövlətlərdə məhkəmə hakimiyyətinin üzləşdiyi problemlər haqqında iştirakçılara ətraflı məlumat verib.

Xüsusilə, İtaliya, Sloveniya, Macarıstan və İspaniyada hakimlərin müstəqilliklərinin məhdudlaşdırılması ilə bağlı mövcud vəziyyətin narahatçılıq doğurduğu vurğulanaraq, təxirəsalınmaz tədbirlərin görülməsinə dair müvafiq qətnamələr qəbul edilib.

Tədbirdə müxtəlif üzv dövlətlərin nümayəndə heyətləri tərəfindən ölkələrində məhkəmə hakimiyyəti ilə bağlı vəziyyət, aparılan islahatlar və mövcud problemlər barədə məlumat təqdim edilib və bu istiqamətdə qarşılıqlı maraq doğuran məsələlər üzrə fikir mübadiləsi aparılıb. Azərbaycan Hakimlər İttifaqı nümayəndə heyətinin üzvü Sənan Hacıyev tədbirdə çıxış edərək son dövrlər Azərbaycanda keçirilmiş məhkəmə-hüquq islahatları barədə konfrans iştirakçılarına ətraflı məlumat verib. Məhkəmə hakimiyyətinin müstəqilliyinin gücləndirilməsinə yönəlmiş “Məhkəmələr və hakimlər haqqında” və “Məhkəmə-Hüquq Şurası haqqında” qanunlara edilən son dəyişikliklər konfrans iştirakçıları arasında xüsusi maraq doğurub.

Sonra Avropa Hakimlər Assosiasiyasında fəaliyyətdə olan iki işçi qrupa əlavə olaraq “Hakimlərin əməkhaqları və pensiyaları” adlı yeni işçi qrupun təsis edilməsi qərara alınıb, digər işçi qrupların isə hesabatları dinlənilməklə təsdiq edilib.

Tədbir çərçivəsində iştirakçılar Polşa Senatının fəaliyyəti ilə yaxından tanış olublar.

Xatırladaq ki, Avropa Hakimlər Assosiasiyası 1953-cü ildə təsis edilib və əsas fəaliyyəti dünyada insan hüquq və azadlıqlarının təminatçısı olan məhkəmə hakimiyyətlərinin müstəqilliyinin qorunub saxlanmasına yönəlmiş Beynəlxalq Hakimlər Assosiasiyasının regional qrupudur. Azərbaycan Hakimlər İttifaqı 15 ildən artıq müddətdir ki, bu qurumla əməkdaşlıq edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
182
5
Sources
Comment ()
Close

Rating

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
11159
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
8328
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
6132
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
1976
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
1768
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
1733
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
1600
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1244
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
916
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
814
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
713
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
619
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
434
Arda Gülər dayanmır, yenə fərqləndi -
415
Helikopterdə olan Təbriz imamı danışdı: Sağdır!
395
Arda dubl etdi - VİDEO
327
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
326
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
308
Gözəlliyi ilə heyran edən bu qız görün hansı məşhurumuzun övladıdır - FOTOLAR
271