EN

Gəncləşən YADDAŞSIZLIQ – Unutqanlığımız nəyin əlamətidir?

Əvvəllər yaddaşsızlıqdan yaşlılar şikayət edirdilərsə, hazırda bu problem gənclər arasında artıb. Uşaqlıq, yeniyetməlik xatirələrini yaxşı xatırlayanlar bir neçə il öncə baş verənləri, oxuduğu kitabı, izlədiyi filmi unudur. 

Yaddaşın pozulması gündəlik ictimai və ailə həyatında da fəsadlar törədir. 

Bəs gənclər arasında unutqanlıq nəyin əlamətidir?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan tibb eksperti Adil Qeybulla deyib ki, üç müxtəlif növ yaddaş mövcuddur:

"İnsanın yaddaşı onun beyninin əsas funksiyalarından biridir. Yaddaş istər həyat təcrübəsi, istər elm nəticəsində əldə olunmuş informasiyaları qorumaq və ya o informasiyanı üzə çıxarmaqdan ibarətdir. Yaddaş vahid bir sistem deyil. Çox qarışıq sistemdir, beyində assosiativ əlaqələrlə bağlıdır. Yaddaş qısamüddətli, operativ və uzunmüddətliyə bölünür. Qısamüddətli yaddaş qısa müddətdə baş verənlərə aiddir. Operativ yaddaş informasiyanın saxlanmasıdır. Bunlar çox təkrar olunca uzunmüddətli yaddaşa keçir. Bunu isə beynin əsas yaddas qurğusu saymaq olar".

Həkim hesab edir ki, belə narahatlıqları sosial problemlər yaradır:

"Bizim narahat olduğumuz məsələ qısamüddətli yaddaşla bağlıdır. Yaxın yaddaşın tez-tez pozulması, məsələn, qapının bağlandığı, qazın söndürülməməsini unutmaq insanların stress içində olmasına, diqqətin olmamasına bağlıdır. Yaddaş və diqqət bir-birinə çox bağlıdır. Diqqət olmayanda insan hərəkəti mexaniki olaraq həyata keçirir. Yaddaş və diqqət arasında mühüm əlaqə var. Belə problemlər sosial qayğılarla daha çox bağlıdır", - deyə professor qeyd edib.

Günay Şahmar, Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
56
bizim.media

1Sources

Şərh (5144)
Bağla
The standard chunk of Lorem Ipsum used since the 1500s is reproduced below for those interested. Sections
2
Cavab yaz
Lorem Ipsum is simply dummy text of the printing and typesetting industry.
0
Cavab yaz
It is a long established fact that a reader will be distracted by the readable content of a page when looking at its layout.
0
Cavab yaz
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit
0
Cavab yaz
Sed ut perspiciatis unde omnis iste natus error sit voluptatem accusantium doloremque laudantium, totam rem aperiam, eaque ipsa quae ab illo inventore veritatis et quasi architecto beatae vitae dicta sunt explicabo.
2
Cavab yaz
(48) Daha çox şərh