“O” və “a” məsələsi həmişə problem olub. Eksklüziv olaraq deyim ki, bununla bağlı Dilçilik İnstitutunda qayda müəyyənləşdirilib".
Bu sözləri Ölkə.az-a müsahibəsində Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin şöbə müdiri filologiya üzrə fəlsəfə doktoru, dosent Şahlar Məmmədov(Göytürk) deyib.
"Sözün "a" və ya "o" səsi ilə tələffüz olunması ilə bağlı cəmiyyətdə müəyyən mübahisələr vardı. Bəziləri deyirdilər ki, biz "konfrans" deyirik, nəyə görə qayda "kanfrans" şəklində olmalıdır? Etiraf edək ki, lüğətçilər bunun sərhədini tam müəyyənləşdirə bilmirdilər. Məsələn, "Moskva" yazılır, "Maskva" deyilir. Bu, rus dilinin fonetik xüsusiyyətidir. İndi həmin qaydanın dəyişdirilməsi və tələffüzün tamamilə dilimizə uyğunlaşdırılması nəzərdə tutulur", - deyə o əlavə edib.
Billurə Yunus