EN

​NazimQuliyev həbs edildi

İdeal partiyasının rəhbəri olduğu iddia olunan, eyni adlı saytın rəhbəri Nazim Quliyev məsuliyyətə cəlb olunub.

Teleqraf.com xəbər verir ki, Nazim Quliyev iki nəfərə qarşı dələduzluq etməkdə ittiham olunur. O, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən saxlanılaraq, cinayət məsuliyyətinə cəlb edilib.

Nərimanov Rayon Məhkəməsində hakimi Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən prosesdə istintaq orqanının vəsarəti təmin olunub. Nazim Quliyev barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Nazim Quliyev 2009-cu ildə rüşvət almaqda, hədə-qorxu ilə tələb etməkdə və digər cinayət əməllərində təqsirli bilinərək 13 il 3 ay azadlıqdan məhrum edilib, 11 il sonra - 2020-ci ildə vaxtından əvvəl azadlığa buraxılıb.


Müəllif: Hacı Zeynalov
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
79
15
teleqraf.com

10Sources

Comment ()
Close