Bakı, 26 aprel, AZƏRTAC
Minifutbol üzrə Azərbaycan millisinə yeni idman direktoru təyin olunub.
Azərbaycan Minifutbol Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, bu vəzifə İlkin Qəribliyə həvalə edilib.
Qeyd edək ki, İ. Qəribli “Birbaşa Bakı” komandasının da təsisçisidir.