EN

55 saat 24 saniyə davam edən müsahibə ilə REKORD QIRDI

Dünyanın ən uzun müsahibəsi 55 saat davam edib və Ginnesin Rekordlar Kitabına düşüb.

 

Sfera.az xəbər verir ki, nigeriyalı qadın Klara Çizoba Kronborq 55 saat 24 saniyə davam edən müsahibəni "YouTube" hesabında paylaşıb.

 

O, bu performansı ilə dünyanın "ən uzun müsahibə" rekordunu qırıb.

 

"YouTube"da tok-şou təşkil edən Kronborq müxtəlif ölkələrdən siyasətçilər, iş adamları, kontent prodüserləri, aktyorlar və bir çox başqa peşələrdən olan 90 nəfərdən müsahibə götürüb.

 

Müsahibələrdə hər bir qonaq öz sahəsində necə uğur qazandıqlarından bəhs ediblər.

 

Xatırladaq ki, Kronborq 55 saatlıq müsahibəsi ilə 2022-ci ildə amerikalı Rob Oliverin Ginnesin Rekordlar kitabına düşən müsahibəsini üstələyib.

 

Asya

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
41
2
Sources
Comment ()
Close