![Azərbaycan](https://azertag.az/files/2024/1/1200x630/1714128161443774910_1200x630.jpg)
Bakı, 26 aprel, AZƏRTAC
Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin hücumçusu Marqarita Stepanenko Macarıstanda bürünc medal qazanıb.
AZƏRTAC xəbər verir ki, onun çıxış etdiyi “Bekeşçaba” komandası üçüncü yer uğrunda dueldə “MAV Elöre” klubunu üstələyib. 5 oyunluq seriyada 3:2 hesabı ilə qalib gələn “Bekeşçaba” Macarıstan çempionatının bürünc medalına sahib çıxıb.
Qeyd edək ki, Marqarita Stepanenko bu mövsüm, həmçinin Macarıstan Kubokunda gümüş medal əldə edib.