Repetitorluq fəaliyyəti ilə məşğul olanlar gəlir vergisi verməlidirlər. Dövlət məktəbində işləyən müəllimlərin ödədiyi vergilər 2026-cı ilə qədər fərqlidir. Özəl məktəblərdə işləyən müəllimlərin 2026-cı ilə qədər ödədiyi vergilər fərqlidir. Dövlət məktəbində fəaliyyət göstərən müəllimin gəlirindən 200 manat çıxıb, qalan hissəsindən 14 faiz vergi verir. 2500 manatdan yuxarı gəlirin hissəsindən isə müəllimlər 25 faiz vergi verir. Özəl sektorda işləyən müəllim isə 2026-cı ilə qədər 8000 manata qədər əməkhaqqıdan vergi vermir, amma gəlirin 10 faizi qədər pensiya fonduna ödəniş edir. Dövlət sektorunda isə müəllimin pensiya ödənişi 3 faizdir. Bu 2026-cı ilə qədər qeyri-dövlət və qeyri-neft sektoruna yaradılmış şəraitlə əlaqədardır.
Bu fikirləri “İki sahil”ə açıqlamasında iqtisadçı-ekspert Xalid Kərimli bildirdi.
Ekspertin sözlərinə görə, fərdi repetitorluq fəaliyyəti ilə məşğul olan şəxslər dövlətdən VÖEN almalıdırlar, daha sonra onlar kiçik sahibkarlıq, yəni mikrosahibkarlıq subyektinə çevriləcəklər. Mikrosahibkarlıq subyektində onların dövriyyəsinin 20 faizi qədərində vergi var. Yəni, repetitorluq fəaliyyəti ilə məşğul olanlar qanunla VÖEN almalıdırlar, hesabatlarını təqdim etməlidirlər və dövriyyələrinin də mikrosahibkarlıq subyekti olaraq 20 faizini vergi şəklində ödəməlidirlər. Çünki onlar faktiki sahibkarlıq fəaliyyəti ilə məşğul olurlar.Mikrosahibkarlarda əgər 3-dən aşağı işçi varsa, vergi 20 faizdir.