EN

Monika Levinski Ağ Evi dəlixana adlandırıb

Teleaparıcı, sahibkar və 1998-ci ildə ABŞ prezidenti Bill Klintonla münasibətinə görə yaranan böyük qalmaqalın keçmiş iştirakçısı Monika Levinski Ağ Evi “dəlixana” adlandırıb.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, o, keçmiş iş yeri haqqında X sosial şəbəkəsində (keçmiş Twitter) yazı dərc edib.

Levinski sosial media istifadəçilərinin Teylor Sviftin “Who's Fraid of Little Old Me?” (“Məndən, bu kiçik qocadan kim qorxur?”) adlı yeni mahnısından sitat gətirdiyi trendə qoşularaq yazıb: "Məni böyütdükləri ruhi xəstəxanada bir saat belə yatmazdın".

50 yaşlı Levinski X-dəki səhifəsində 1995-ci ildə təcrübəçi kimi işləməyə başladığı Ağ Evin şəklini yerləşdirib.

Qey edək ki, Monika Levinski həmkarı, Pentaqonun əməkdaşı Linda Trippə şəxsi həyatının təfərrüatlarını danışanda qalmaqal yaranıb. Tripp gizli şəkildə Klinton və Levinskinin telefon danışıqlarını lentə alıb və sonra lentləri jurnalistlərə təqdim edib. Amerika prezidenti əvvəlcə qadınla əlaqəsini inkar edib, lakin həqiqət üzə çıxıb və bu səbəbdən az qala Klinton impiçment proseduruyla vəzifəsini itirəcəkdi.

2014-cü ildə Levinski “Vanity Fair” üçün köşə yazısı yazıb və orada özünü “kiber zorakılığın şiddətli epidemiyasının qurbanı” adlandırıb.

Əslində isə o illərdə Monika öz hərəkətləri və açıqlamaları ilə doğrudan da Ağ Evi dəlixanaya döndərmişdi.

Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
31
musavat.com

1Sources

Şərh (5144)
Bağla
The standard chunk of Lorem Ipsum used since the 1500s is reproduced below for those interested. Sections
2
Cavab yaz
Lorem Ipsum is simply dummy text of the printing and typesetting industry.
0
Cavab yaz
It is a long established fact that a reader will be distracted by the readable content of a page when looking at its layout.
0
Cavab yaz
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit
0
Cavab yaz
Sed ut perspiciatis unde omnis iste natus error sit voluptatem accusantium doloremque laudantium, totam rem aperiam, eaque ipsa quae ab illo inventore veritatis et quasi architecto beatae vitae dicta sunt explicabo.
2
Cavab yaz
(48) Daha çox şərh