EN

Dünyanın ən böyük seçkilərində rəqabət qızışdı

Hindistan bu gün ümumi seçkilərin ikinci mərhələsinə qədəm qoydu.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, Baş nazir Narendra Modi və rəqibləri ölkə gündəmində mühüm yer tutan dini ayrı-seçkilik, iqtisadi yardım və vergilər kimi mövzulara diqqət yetirərək kampaniyanın dozasını artırıb.

Yeddi mərhələdən ibarət olan və aprelin 19-da başlayan ümumi seçkilərdə təxminən 1 milyard insanın səs verə biləcəyi bildirilir. Seçkilər iyunun 1-də başa çatacaq və səslər iyunun 4-də hesablanacaq.

Baş nazir Modi iqtisadi və sosial rifah siyasətinə üstünlük verir, Hindistan millətçiliyinə köklənən fəaliyyət proqramını təşviq edir. O, şəxsi populyarlığına arxalanaraq ardıcıl üçüncü dəfə baş nazir vəzifəsini qazanmağa çalışır. Sorğular göstərir ki, seçkilərdə qalib gələrsə, üç müddət prezidentlik edərək rekord qıracaq Modi asanlıqla çoxluğu qazana bilər.

Opponentlər isə düşünür ki, Modinin hakimiyyətinə son qoyulacaq.

Müxalifət lideri Rahul Qandinin partiyası Hindistanı 54 il idarə edib. Qandinin atası, nənəsi və ulu babası baş nazir olub və Qandi ailəsi bu 54 ilin 37 ilini ölkəni idarə edib. Qeyd edək ki, Hindistan Böyük Britaniya müstəmləkəsindən 75 ildir müstəqilliyini elan edib.

Qandinin atası Raciv Qandi və nənəsi İndira Qandi ölkənin keçmiş baş nazirləri, anası Sonia Qandi isə partiyanın keçmiş prezidentidir.

Qandi ailəsi hələ də Konqresdə əhəmiyyətli təsirə malikdir.

Natiq Səlim,

KONKRET.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
72
1
konkret.az

2Sources

Şərh (5144)
Bağla
The standard chunk of Lorem Ipsum used since the 1500s is reproduced below for those interested. Sections
2
Cavab yaz
Lorem Ipsum is simply dummy text of the printing and typesetting industry.
0
Cavab yaz
It is a long established fact that a reader will be distracted by the readable content of a page when looking at its layout.
0
Cavab yaz
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit
0
Cavab yaz
Sed ut perspiciatis unde omnis iste natus error sit voluptatem accusantium doloremque laudantium, totam rem aperiam, eaque ipsa quae ab illo inventore veritatis et quasi architecto beatae vitae dicta sunt explicabo.
2
Cavab yaz
(48) Daha çox şərh