EN

Rusiyalı general: Ağdamdakı Mərkəz Rusiya, Türkiyə və Azərbaycan hərbçilərinin birgə fəaliyyətinin uğurlu nümunəsidir

Türkiyə-Rusiya arasında Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün növ hərbi əməliyyatların dayandırılması haqqında memorandum imzalandı, bundan iki ay sonra isə 2021-ci il yanvarın 30-da Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi öz işinə başladı.

APA xəbər verir ki, bu barədə Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini general-polkovnik Sergey İstrakov Ağdamda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimində bildirib.

Onun sözlərinə görə, bu illər ərzində mərkəz hər üç ölkənin hərbçilərinin əlaqələndirmə və birgə fəaliyyətin uğurlu nümunəsi olub.

Rusiyalı general deyib ki, qarşıya qoyulan bütün tapşırıqlar dostluq və işgüzar münasibətlər şəraitində həll edilib: “Rusiya sülhməramlı kontingenti ilə birlikdə Qarabağ regionunun davamlı və münaqişədən uzaq şəraitdə inkişafı üçün mümkün olan bütün imkanlardan istifadə olunub. Mərkəzin qarşılıqlı anlaşma və beynəlxalq hüququn aliliyi prinsipləri əsasında qurulan qarşılıqlı fəaliyyəti sülhməramlı əməliyyatların vaxtından əvvəl və uğurla başa çatdırılmasına və Rusiya sülhməramlı kontingentinin Azərbaycanın Qarabağ iqtisadi regionunun ərazisindən çıxarılmasına imkan verib. Biz bu mərkəzin nümunəsində planlı şəkildə həyata keçirilən fəaliyyətin nə qədər müsbət nəticə verdiyinin şahidi olduq”.

General qeyd edib ki, Azərbaycan-Rusiya münasibətləri dostluq və mehriban qonşuluq şəraitində inkişaf edir, müxtəlif sahələri əhatə edən nəhəng iqtisadi layihələr icra olunur: “Bakı, Moskva və Ankara regional və beynəlxalq əhəmiyyətli məsələlərin həllində uğurlu koordinasiya həyata keçirir. Mən Rusiyanın müdafiə naziri və Baş Qərargah rəisinin adından hər üç ölkənin Cənubi Qafqazda sülh naminə vəzifə borclarını uğurla icra edən hərbçilərinə təşəkkür edirəm. Ümidvaram ki, biz bundan sonra da dövlətlərarası münasibətləri uğurla inkişaf etdirəcəyik”.

Fərid Azəri

Aytən Sakitqızı

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
65
1
apa.az

2Sources

Şərh (5144)
Bağla
The standard chunk of Lorem Ipsum used since the 1500s is reproduced below for those interested. Sections
2
Cavab yaz
Lorem Ipsum is simply dummy text of the printing and typesetting industry.
0
Cavab yaz
It is a long established fact that a reader will be distracted by the readable content of a page when looking at its layout.
0
Cavab yaz
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit
0
Cavab yaz
Sed ut perspiciatis unde omnis iste natus error sit voluptatem accusantium doloremque laudantium, totam rem aperiam, eaque ipsa quae ab illo inventore veritatis et quasi architecto beatae vitae dicta sunt explicabo.
2
Cavab yaz
(48) Daha çox şərh