EN

Türkiyədə 49 ölkədən hərbçilərin iştirakı ilə təlimlər başlayıb

Türkiyədə 49 ölkədən hərbçilərin iştirak etdiyi EFES-2024 beynəlxalq hərbi təlimləri başlayıb.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyində keçirilən brifinqdə məlumat verilib.

"Türkiyə Silahlı Qüvvələrinin planlaşdırılmış ən böyük təlimlərindən biri olan EFES-2024-ün kompüterləşdirilmiş komanda-qərargah mərhələsi aprelin 25-də başlayıb və mayın 8-dək davam edəcək. Təlimlərin faktiki mərhələsi mayın 9-dan 30-dək baş tutacaq”, - Müdafiə Nazirliyindən bildirilib.

Hazırda EFES-2024 təliminə 49 ölkədən 1567 hərbçi cəlb olunub və daha çoxu təlimin faktiki mərhələsində manevrlərdə iştirak edəcək.

Gülayə Mecid 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
169
50
unikal.az

10Sources