EN

"TikTok" ABŞ-a meydan oxudu: "Biz satmayacağıq"

"TikTok"un Çin ana şirkəti "ByteDance", ABŞ-ın məşhur video tətbiqini satmağa məcbur edən qanunu qəbul etməsindən sonra biznesini satmaq niyyətində olmadığını söyləyib. Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, şirkətin sahibi olduğu Toutiao sosial media platformasındakı rəsmi hesabında:"Hazırda "ByteDance"in "TikTok"u satmaq planları yoxdur", - deyə qeyd edilib. Bu həftənin əvvəlində "TikTok" "qeyri-konstitusiya" qanununa məhkəmədə etiraz edəcəyini söyləyib. Şirkət məqalənin skrinşotunun yer aldığı yazıda “yalan şayiə” mənasını verən Çin hərfləri ilə: “Xarici mətbuatda yayılan "ByteDance"in "TikTok"u satması ilə bağlı xəbərlər doğru deyil”, - deyə yazıb. “Sat və ya qadağa” tədbiri çərşənbə günü ABŞ prezidenti Co Bayden tərəfindən imzalanıb. "TikTok" Çin hökumətinin "ByteDance" üzərində nəzarətə malik olması ilə bağlı iddiaları dəfələrlə təkzib edib. "TikTok" rəhbəri Şou Zi Çev bu həftə platformada yayımlanan bir videoda: “Biz əminik və məhkəmələrdə hüquqlarınız üçün mübarizəmizi davam etdirəcəyik”, - deyə qeyd edib. ABŞ-da daxil olmaqla, "TikTok"qadağan edilməsinə çalışan dövlətlər: "Çin hökumətinin platforma vasitəsi ilə əsas şəxslər haqqında məlumat toplaya, təbliğat apara və “ByteDance”i həssas məlumatları yaymağa məcbur edə bilər", - deyə narahatdırlar. Tətbiq dəfələrlə Çin hökuməti ilə əməkdaşlıqdan imtina edib. Adıçəkilən şirkət daha çox ölkədə də qadağalarla üzləşə bilər. Ancaq bütün maneələrə baxmayaraq, tətbiq daha çox istifadəçi cəlb etmək uğrunda rəqabəti davam etdirir. Qadir, Bizimtol.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
136
50
bizimyol.info

10Sources