EN

Zaqatala sakini pomidor turşusundan zəhərləndi - Xəstəxanada vəfat etdi

Aprelin 15-də saat 10:15-də Zaqatala rayon sakini Ramazanov Murad Ramazan oğlu "Botulizm (turşu) zəhərlənməsi" diaqnozu ilə Bakı şəhəri Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə daxil olub.

Baş Prokurorluqdan Day.Az-a verilən məlumata görə, Zaqatala rayon sakini aprelin 25-də saat 23:00 radələrində müalicə aldığı xəstəxananın Toksikologiya şöbəsində vəfat edib.

İlkin araşdırma zamanı müəyyən edilib ki, M.Ramazanov pomidor turşusu yedikdən sonra özünü narahat hiss etdiyi üçün xəstəxanaya müraciət edib.

Araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
10
2
Sources
Comment ()
Close