EN

Çin ABŞ-dan “qırmızı xətt”i keçməməyi tələb etdi

Çində səfərdə olan ABŞ dövlət katibi Antoni Blinken Çinin xarici işlər naziri Van İ ilə görüşüb.Senzor.az yerli KİV-ə istinadən bildirir ki, görüşdə nazir Van İ ABŞ-dan Çinin suverenlik, təhlükəsizlik və inkişaf maraqları ilə bağlı “qırmızı xətt”i keçməməyi tələb edib.Pekinin tərəflərin bir-birinin əsas maraqlarına qarşılıqlı hörmət prinsipinə tərəfdar olduğunu bildirən Van İ Çinin daxili işlərinə qarışmamağı, ölkənin inkişafına mane olmamağı məsləhət görüb. O, ölkəsinin Çin-ABŞ münasibətlərinə bəşəriyyət üçün ortaq gələcəyi olan cəmiyyət qurmaq prizmasından yanaşdığını deyib.“Çinin mövqeyi həmişə ardıcıl olub”, - söyləyən Çin rəsmisi əlavə edib ki, ölkəsi qarşılıqlı hörmət, dinc yanaşı yaşamaq və qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə sadiqdir və Çin-ABŞ münasibətlərinin sabit, sağlam və davamlı inkişafını təşviq etməyə çalışır.Qeyd edək ki, ABŞ dövlət katibi Antoni Blinken aprelin 24-dən Çində səfərdədir. ABŞ-ın baş diplomatı səfərinə Şanxay şəhərindən başlayıb. Bu, onun son bir ildə Çinə 2-ci səfəridir. Dövlət katibi rəsmi görüşlərdən əvvəl bildirib ki, Vaşinqton və Pekin ikitərəfli münasibətlərə məsuliyyətlə yanaşmalıdır. O, Vaşinqton və Pekinin dünya qarşısında iki ölkə arasındakı münasibətlərə görə məsuliyyəti öz üzərimizə götürmək öhdəliyi olduğunu deyib.Ekspertlər hesab edirlər ki, Antoni Blinkenin cari səfəri olduqca gərgin dövrə təsadüf edir. ABŞ bu günlərdə Tayvana bir neçə milyard dollarlıq yardım barədə qərar qəbul edib. Bundan başqa, Prezident Cozef Bayden Çinə məxsus “Tik-Tok” sosial şəbəkəsini ABŞ-da qadağan etməyə imkan verən qanun layihəsini imzalayıb. Belə bir vəziyyətdə Blinkenin Çin rəsmiləri ilə görüşlərində əldə olunacaq nəticələr beynəlxalq təhlilçiləri dərindən maraqlandırır. Güman olunur ki, tərəflər Rusiya-Ukrayna münasibətləri, Yaxın Şərqdə və Koreya yarımadasında vəziyyət, Cənubi Çin dənizi, o cümlədən Tayvan məsələlərinə dair fikir mübadiləsi aparıblar.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
120
50
Sources
Comment ()
Close

Rating

Qəzada öldüyü deyilən İran rəsmisi sağ tapıldı
36616
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
24101
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
18951
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
14860
Rəisinin helikopteri buna görə qəzaya uğrayıb – İlkin ehtimal
13071
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11609
Helikopterin qalıqları tapılıb
11030
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
8125
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
7763
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6860
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
6412
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5664
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
5431
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
4679
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4336
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3845
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
3343
Abdullahian ölümündən dəqiqələr öncə... - FOTO
3121
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
2337
İran rəhbərinin vəfat edəcəyi təqdirdə Rəisini kim əvəz edəcək?
2258