Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev Almaniyanın xarici işlər naziri Annalena Berbokla görüşüb. Manset.az xəbər verir ki, bu barədə COP29-un "X" səhifəsində paylaşım edilib. Görüşdə Petersberq İqlim Dialoqunun təşkilatçısı kimi Almaniya tərəfinə minnətdarlıq ifadə edilib. Bildirilib ki, dialoq bu ilin noyabrında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP 29) istiqamətində həlledici addımdır.
Bütün xəbərləri reklamsız oxumaq üçün
Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.