EN

Kral Çarlz mübahisəli immiqrasiya planını təsdiqlədi

Britaniya kralı III Çarlz qeyri-qanuni mühacirlərin Ruandaya deportasiyası ilə bağlı qanun layihəsini təsdiqləyib.   Kral sözçüsü Ruanda Planının Kral III Çarlzın təsdiqi ilə qanuna çevrildiyini təsdiqləyib. Ölkədən qeyri-qanuni mühacirlərin Ruandaya deportasiyasını nəzərdə tutan qanun layihəsi İcmalar Palatası ilə Lordlar Palatası arasında bir neçə dəfə gedib-gəldikdən sonra aprelin 23-də parlament tərəfindən qəbul edilib. Baş nazir Rishi Sunak qeyri-qanuni mühacirləri Ruandaya deportasiya edəcək təyyarələrin 10-12 həftə ərzində havaya qalxacağını açıqlayıb. İngiltərə hökuməti 2022-ci ilin aprel ayında hazırlanan “Ruanda Planı” çərçivəsində qeyri-qanuni mühacirləri və ölkəyə qeyri-qanuni yollarla daxil olub sığınacaq istəyənləri Ruandaya göndərmək məqsədini açıqlamışdı. Əfsanə Rəcəb

Manşet.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
86
Sources
Comment ()
Close