EN

Argentinada minlərlə insan hökumətə etiraz etmək üçün küçələrə çıxdı

Argentinada insanlar prezident Xavyer Mileyin təhsil büdcəsini ixtisar etməsinə etiraz olaraq küçələrə axışıblar.   Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Argentinanın paytaxtı Buenos Ayresin Plaza de Mayo meydanında toplaşan tələbə qrupları, həmkarlar ittifaqı və müxtəlif təşkilatlar Prezident Sarayı Casa Rosadaya yürüş ediblər. Buenos Ayres Universitetinin böyük dəstəyi ilə keçirilən nümayişlər əsasən insidentsiz başa çatıb. Prezident sarayının qarşısında sıx təhlükəsizlik tədbirləri alan polisin nümayişçilərlə gərginlik yaşadığı görülüb. Əfsanə Rəcəb Manşet.az

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
54
Sources
Comment ()
Close