EN

Hacı Əliyevin son durumu AÇIQLANDI

Hacı Əliyevin son durumu AÇIQLANDI

"Özümü yaxşı hiss edirəm".

Bu barədə İdman.biz-ə güləş üzrə 3 qat dünya və 4 qat Avropa çempionunu Hacı Əliyev özü məlumat verib.

H.Əliyev bildirib ki, hazırda səhhəti yaxşıdır:

"Gözümün müalicəsi artıq bitib, üzümdəki şiş də artıq gedib. Müəyyən zədələrim var ki, qalmaqda davam edir. Amma onlar da zamanla düzələcək. Məşqlərə başlamışam. Paris-2024 Yay Olimpiya Oyunlarına qədər tam hazır olacağam".

Qeyd edək ki, H.Əliyev Bakıda keçirilən Avropa Olimpiya Təsnifat Turnirinin 1/8 finalında fransalı rəqibi Həmzət Arsamerzoyevlə görüşəndə qaşı partlayıb və tikişdən sonra gözünə mikrob düşüb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
57
7
Sources
Comment ()
Close