Xəbər verdiyimiz kimi, Naxçıvan Ali Məclisinin qərarı ilə yenibaş naziri Ceyhun Cəlilov təyin olunub.
Trend təyin olunan yeni başnazirin tərcümeyi-halını təqdim edir:
Cəlilov Ceyhun Ramiz oğlu 1987-ci ildə Naxçıvan MuxtarRespublikasının Şahbuz şəhərində anadan olub.
2009-cu ildə Azərbaycan Dövlət İqtisad UniversitetininBeynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bakalavr, 2012-ciildə Azərbaycan Dövlət İqtisad Universitetinin eyni ixtisası üzəmagistratura, 2013-cü ildə isə Böyük Britaniya Krallığının EsseksUniversitetinin Maliyyə ixtisası üzrə magistratura səviyyəsinibitirib. Hazırda İmtiyazlı İdarəedici Mühasiblər İnstitutunda(CIMA) Strateji idarəetmə səviyyəsi üzrə təhsilini davametdirir.
2011-2013-cü illərdə Azərbaycan Respublikası İqtisadi İnkişafNazirliyinin (indiki İqtisadiyyat Nazirliyi) BeynəlxalqTəşkilatlarla əməkdaşlıq şöbəsində, 2013-2021-ci illər ərzində BPCaspian şirkətinin Maliyyə departamentində müxtəlif vəzifələrdəçalışıb.
1 mart 2021-ci il tarixində Dayanıqlı və Operativ Sosial TəminatAgentliyinin İdarə Heyətinin sədrinin müşaviri vəzifəsinə, 13avqust 2021-ci il tarixində isə İdarə Heyəti sədrinin müavinivəzifəsinə təyin edilib.
2023-cü ilin mart ayında Ceyhun Cəlilov əmək və əhalinin sosialmüdafiəsi naziri təyin edilib.
Evlidir, iki övladı var.
Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.