Tez-tez istirahətə yollanan müğənni Sevda Yahyayeva səyahətlərindən danışıb.
OLAY yazır ki, sənətçi bu barədə “Həmin Zaur” verilişində qonaq olarkən açıqlama verib. Sevda deyib ki, çox səyahətə pulsuz gedirlər:
“Biz istirahətə pulsuz gedirik. Bizim çox səyahətimiz pulsuz başa gəlir. Təyyarə biletləri pulsuz olur. Çünki mənim instaqramda 1 milyon 800 minə yaxın izləyicim var. Ona görə reklam xarakterli olur. Həmişə gəzib görmək istəmişəm. Elə insan qarşıma çıxdı ki, o da həm həkim, həm də səyyahdır. Eyni düşüncədəyik, bir-birimizə qoşulub gəzirik”.
![](https://olay.az/uploads/posts/2024-04/photo-by-sevda-yahyayeva-on-february-19-2024.webp)
![](https://olay.az/uploads/posts/2024-04/photo-shared-by-sevda-yahyayeva-on-february-11-2024-tagging-dr_zakir_bayramov-and-ucb_baku_-may-be-a-selfie-of-one-or-more-people.webp)
![](https://olay.az/uploads/posts/2024-04/photo-by-sevda-yahyayeva-on-august-29-2023.webp)