EN

Bu gün Amerika qoşunlarının Nigerdən çıxarılması müzakirə olunacaq

ABŞ və Niger rəsmiləri 25 apreldə Niameydə ABŞ qüvvələrinin Afrika ölkəsindən çıxarılmasını rəsmi müzakirə etmək üçün görüşəcəklər.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Millerin yazılı açıqlamasında bildirib.

Qeyd olunub ki, Amerika tərəfi adından görüşdə ABŞ-ın Nigerdəki səfiri Ketlin Fitsqibbon və ABŞ-ın Afrika Komandanlığının təmsilçisi general-mayor Ken Ekman iştirak edəcək.

Danışıqlar zamanı ABŞ qüvvələrinin Nigerdən nizamlı çıxarılması ilə bağlı müzakirə olunacaq.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
51
5
milli.az

6Sources