Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.
İtaliya Kubokunda daha bir finalçı məlum olub.
QOL.az xəbər verir ki, "Atalanta" yarımfinalda "Fiorentina"ya 4:1 hesabı ilə qalib gələrək finala yüksəlib.
Berqamo təmsilçisi həlledici oyundakı rəqibi "Yuventus" olacaq. Final matçı mayın 15-də keçiriləcək.
24 aprel
İtaliya Kuboku
Yarımfinal mərhələsi, cavab oyunu
"Atalanta" - "Fiorentina" - 4:1
Qollar: T.Koopmeyners, 8, C.Skamakka, 75, A.Lukman, 90+5, M.Paşaliç, 90+8 - L.Martines Quarta, 68
İlk oyun - 0:1