EN

Husilər tərəfindən iki ticarət gəmisi və bir Amerika esminesi hücuma məruz qalıb

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Husilər

Bakı, 25 aprel, AZƏRTAC

Yəmənin “Ənsar Allah” üsyançı hərəkatından olan husilər Ədən körfəzində ABŞ-ın esminesinə hücum ediblər.

AZƏRTAC xəbər verir ki, bu barədə hərəkatın nümayəndəsi Yəhya Sarı bildirib.

Onun sözlərinə görə, esminesdən başqa, ABŞ-ın “Maersk Yorktown” gəmisi Ədən körfəzində və İsrailin “MSC Veracruz” gəmisi Hind okeanında hücuma məruz qalıb.

Bundan əvvəl husilər Qırmızı dənizdə Britaniya gəmisinə, habelə Hind okeanı və Ərəbistan dənizində iki İsrail gəmisinə raket hücumu təşkil etmişdi.

Chosen
111
33
Sources
Comment ()
Close