![](https://cdn.yeniavaz.com/uploadedfiles/custom/2021/1/28/1/5bc2b868-ead6-4680-a90a-bf26e53baa68/sadir-japarov-yeni.jpg)
Qırğız Prezidenti Sadır Japarov aprelin 24-də Fəxri xiyabana gələrək Ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.
Yeniavaz.com xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.
Görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim-alim Tamerlan Əliyevin məzarları üzərinə də gül dəstələri qoyulub.