EN

Yalın Bakıya gəldi!

Türkiyənin sevilən müğənnisi Yalın Azərbaycana gəlib.

OLAY-ın məlumatına görə, sənətçinin uçduğu təyyarə bu gün 16:00 radələrində Bakıya enib.

İfaçı hava limanında onu qarşılayan jurnalistlərin suallarını cavablandırıb. O, Bakıda baş tutması planlaşdırılan konsertlərindəki sürprizlərdən söz açıb:

“Yeni mahnımız olacaq. Mayın 3-də yayımlanacaq, hər iki konsertdə də səslənəcəyik. Həyəcanlıyıq. Bakının uğuruna inanıram. Bu yayın mahnısını konsertdə səsləndirəcəyik. Yəqin ki, yayın sonuna doğru da bir mahnımız olacaq. İnanıram ki, yay yenə mənim mahnılarımla gələcək. Çox həyəcanlanıram səhnədə. Bu həyəcan, bu xoşbəxtlik üçün yaşayıram. Burada olmaq çox gözəldir.

Keçən ilki konsertim unuda bilmədiyim bir gecə oldu. Bütün konsertlərimin içində özəl yeri var. Ona görə də indi qaça-qaça gəldim. İndi 20-ci il formatındayıq, onun konsertlərini veririk. Duet fikrinə həmişə isti baxmışam.  Azərbaycanlı məşhurlardan duetlərlə bağlı bir çalışma etmək lazımdır. Mən də baxıram, soruşuram. Çox istəyərəm. Azərbaycanca mahnılar bilirəm. Məsələn, Ajda Pekkanın, Şebnem Ferahın türkcə oxuduğu mahnılarınız var. Onları çox sevirəm.  İndi ad soruşsaz, deyə bilmərəm, Yutubdan açıb baxmalıyam. Öz ifalarımdan “Ki sen”, “Keşke” mahnılarımı sevirəm”. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
91
1
olay.az

1Sources

Şərh (5144)
Bağla
The standard chunk of Lorem Ipsum used since the 1500s is reproduced below for those interested. Sections
2
Cavab yaz
Lorem Ipsum is simply dummy text of the printing and typesetting industry.
0
Cavab yaz
It is a long established fact that a reader will be distracted by the readable content of a page when looking at its layout.
0
Cavab yaz
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit
0
Cavab yaz
Sed ut perspiciatis unde omnis iste natus error sit voluptatem accusantium doloremque laudantium, totam rem aperiam, eaque ipsa quae ab illo inventore veritatis et quasi architecto beatae vitae dicta sunt explicabo.
2
Cavab yaz
(48) Daha çox şərh