EN

Mingəçevir Tibb Kollecinin tələbələri ilə "Könüllü TƏBİB" layihəsi çərçivəsində görüş olub

Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında Mingəçevir Tibb Kollecinin tələbələri ilə "Könüllü TƏBİB" layihəsi çərçivəsində görüş keçirilib.
 
Bu barədə Aztibb.az-a Xəstəxanadan məlumat verilib.
 
Qeyd edilib ki, “Könüllü TƏBİB” layihəsinə tibb sahəsində könüllülük fəaliyyətininin inkişaf etdirilməsi, gənclərin erkən əmək fəaliyyətinə cəlb olunması ilə klinik bacarıqlarının yüksəldilməsi, məzun olduqdan sonra onların TƏBİB-in tabeliyindəki tibb müəssisələrində işləməsinə maraqlarının artırılması məqsədi daşıyır.
 
Sonda tələbələrə sertifikatlar verilib və xatirə şəkili çəkilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
25
Sources
Comment ()
Close