EN

Prezident: “Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu dörd dəfə - 100 milyon dollaradək artıb”

“Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu dörd dəfə - 100 milyon dollaradək artıb”.
 
Moderator.az xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstan Prezidenti Sadır Japarov ilə mətbuata bəyanatında bildirib.
 
“Bu gün, həmçinin, Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu haqqında Sazişə əlavə imzalanıb. Biz Nizamnamə fondunu dörd dəfə - 25 milyondan 100 milyon dollaradək artırdıq. Bunun əsas səbəbi müraciətlərin həddən artıq olmasıdır. Bizə Qırğızıstanda investisiya layihələrinin icrası üçün 40-dan çox müraciətin daxil olması barədə məruzə edilib”, - deyən dövlət başçısı əlavə edib ki, 100 milyon da son hədd deyil.
 
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
88
26
moderator.az

10Sources