Allahverən İsmayılov 3‑cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.
“Azərbaycan Respublikasında informasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Allahverən İbiş oğlu İsmayılov 3‑cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin”, - Sərəncamda deyilir.
Qeyd edək ki, A.İsmayılov Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəis müavinidir, general-mayordur.
Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.