EN

Faiq Ağayevə həkimindən SƏRT QADAĞA

Xalq artisti Faiq Ağayev bütov toylara getməkdən müvəqqəti olaraq imtina edib.

Bu barədə sənətçinin köməkçisi Cabir Əliyev məlumat verib.

O bildirib ki, bu qərarı meqastar irimiqyaslı konsert layihəsinə hazırlaşdığına görə verib.

“Həkim məsləhəti ilə səsin qorunması üçün konsert bitən müddətə kimi Xalq artisti toy məclislərində yalnız yarımsaatlıq çıxışlarla iştirak edəcək”, - Cabir Əliyev qeyd edib.

Qeyd edək ki, Faiq Ağayev özəl məclislərdə və toylarda yarımsaatlıq çıxış üçün yeni, xüsusi şou hazırlayıb. Sənətçi 12 nəfərlik heyətlə - rəqs qrupları və musiqiçilərlə birlikdə səhnə alır. (olay)

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
119
12
musavat.com

10Sources