EN

Sarkisyan Paşinyanı devirməyin yolunu AÇIQLADI

"Nikol Paşinyanı hakimiyyətdən uzaqlaşdırmağın ən düzgün və əlçatan yolu ona etimad göstərməməkdir".

Modern.az xəbər verir ki, bunu tərəfdarları ilə birlikdə ənənəvi məşəl yürüşündə iştirak edən Ermənistanın üçüncü prezidenti, Respublika Partiyasının rəhbəri Serj Sarkisyan bildirib.

O deyib ki, etimadsızlıq bildirməyin vaxtı gələcək.

Sarkisyan “niyə indi belə bir prosesə başlanılmır” sualına cavab verərkən bildirib ki, bu, ictimai təzyiq tələb edir.
 

Eks-prezident vaxtilə ondan imtina edən vətəndaşlardan küskünlüyünü də ifadə edib. Deyib ki, 2018-ci ildə hakimiyyətin dəyişdirilməsinə susan vətəndaşlar indi ondan çətin vəziyyətdən çıxış yolları tapmağı tələb edirlər.

“Nə vaxt görəndə ki, bunu çox adam istəyir, onda sizə həll yollarını deyəcəyəm”, - Sarkisyan deyib.
 

Tavuşda baş verən hadisələrə və hakimiyyətin Ermənistanın təhlükəsizliyini təmin edəcəklərinə dair verdiyi vədlərə toxunan Sarkisyan bildirib ki, o, bu bəyanatlarda “heç bir məntiq eyhamı görmür”.

“Onlar istədiklərini deyə bilərlər, nə əhəmiyyəti var? Bu gün bir şey deyəcəklər, sabah tamam başqa şey”.

Tavuşdakı hazırkı qiyamın son nəticədə hakimiyyət dəyişikliyinə gətirib çıxara biləcəyi ilə bağlı suala Serj Sarkisyan cavab verdi ki, bunu proqnozlaşdırmaq çətindir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
72
1
modern.az

2Sources

Şərh (5144)
Bağla
The standard chunk of Lorem Ipsum used since the 1500s is reproduced below for those interested. Sections
2
Cavab yaz
Lorem Ipsum is simply dummy text of the printing and typesetting industry.
0
Cavab yaz
It is a long established fact that a reader will be distracted by the readable content of a page when looking at its layout.
0
Cavab yaz
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit
0
Cavab yaz
Sed ut perspiciatis unde omnis iste natus error sit voluptatem accusantium doloremque laudantium, totam rem aperiam, eaque ipsa quae ab illo inventore veritatis et quasi architecto beatae vitae dicta sunt explicabo.
2
Cavab yaz
(48) Daha çox şərh