EN

Yeni baş məşqçi axtarır - Avropanın məşhur klubu

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

“Milan”ın baş məşqçisi Stefano Pioli mövsümün sonunda komandanı tərk edəcək.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, klub rəhbərliyi artıq komandaya yeni baş məşqçi axtarır.

Aprelin 22-də “Milan” A Seriyasının 33-cü turunun matçında “İnter”ə uduzub (1:2). Bu qələbə sayəsində “İnter” (86 xal) vaxtından əvvəl İtaliya çempionu olub.

“Milan” rəqibindən 17 xal geri qalır və turnir cədvəlində 2-cidir.

Pioli 2019-cu ilin oktyabrından “Milan”ı çalışdırır. Onun müqaviləsi 2025-ci ilə qədərdir. 58 yaşlı italiyalı mütəxəssisin rəhbərliyi altında “qırmızı-qaralar” 2021/22 mövsümündə A Seriyasının qalibi olub.

Chosen
68
Sources
Comment ()
Close