EN

Növbəti pandemiyaya səbəb ola biləcək virusun adı AÇIQLANDI

Tədqiqatçıların təqribən 57 faizi hesab edir ki, bəşəriyyətin yeni pandemiya ilə üzləşməsi ehtimalı var və buna əvvəlkilərdən qat-qat təhlükəli olan mutasiyaya uğramış qrip virusu səbəb olacaq.Bakıvaxtı.az bildirir ki, alim Con Salmanton-Qarsianın sözlərinə görə, dünya hər il payız-qış dövründə qrip virusu ilə üzləşir. Lakin bunlar genişmiqyaslı epidemiyalar deyil və yeni ştammların yaranmasına baxmayaraq, həkimlər onlara az-çox nəzarət edə bilirlər. Lakin bu, həmişə belə olmayacaq.Mütəxəssislərin təxminən 21 faizi hesab edir ki, qrip virusundan sonra növbəti pandemiyaya 2019-cu ildə dünyanı bürüyən koronavirus kimi birdən-birə ortaya çıxa bilən "Xəstəlik X" adlı virus səbəb ola bilər.Tədqiqatçıların daha 15 faizi deyir ki, COVID-19 hələ də yüksək təhlükə yaradır və yaxın gələcəkdə yeni epidemiyalara da gətirib çıxarmaq ehtimalı var.Lakin Lassa, Nipah, Ebola və Zika virusları kimi digər ölümcül mikroorqanizmlər sorğuda iştirak edən alimlərin yalnız 1-2 faizi tərəfindən ciddi qlobal təhlükə hesab edilir./lent.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
18
4
bakivaxti.az

5Sources