EN

“Cavanşir Məmmədovu əsəbləşdirib öldürdülər” - Görün ƏSİL SƏBƏB NƏDİR

Xəbər verdiyimiz kimi Əməkdar artist Cavanşir Məmmədov 2 ay öncə iştirak etdiyi verilişlərin birində vəsiyyətini açıqlamışdı. 
 
 
Mərhum sənətçinin vəsiyyəti insanlar arasında marağa səbəbə olmuşdu. Ölümündən sonra da mərhumun verilişlərdə dediyi fikirlər sosial şəbəkələrdə yayımlanaraq müzakirələrə səbəb oldu. Bəziləri onun bu vəsiyyətinə əməl olunub-olunmadığı ilə maraqlandı. 
 
Oxu24.com  bildirir ki, məsələ ilə bağlı Yenisabah.az-a danışan müğənni Xuraman Şuşalı Cavanşir Məmmədovun ölümünün onu sarsırtdığını bildirib: 
 
“Kimsə bir başqasının arxasınca danışırsa, onun günahlarını yuyur. Bir şəxsin arxasınca danışırsansa, onun eybini açırsansa, hansısa hərəkətini başqalarına deyirsənsə, onun günahlarını yumuş olursan. Hər kəs öz həyatına baxmalı və öz həyatını yaşamalıdır. 
 
Cavanşir Məmmədovun rəhmətə getməsi məni sarsırtdı. Mən Cavanşir müəllimi həmişə çalışan görmüşəm, daim ailə üçün işləyib. İnsan ailəsi, övladları üçün çalışır, heç kəs yalnız özünü düşünmür. Cavanşir müəllimin malı kimə qaldı ki, nə qədər çalışmışdısa, elə öz övladlarına qaldı, Allah sağlıqlarına qismət etsin... O, zəhmətkeş ata, ailə başçısı idi, ömür boyu çalışmışdı. Cavanşir müəllim efirlərə çıxmasaydı da normal həyatını yaşa biləcək biri idi. Onun ölümü məni silkələdi, anladım ki, hər danışılana cavab vermək, hər atılan daşa dönüb baxmaq lazım deyil. Mən başa düşdüm ki, əgər normal yaşamaq istəyirsənsə, tez ölmək istəmirsənsə, gərək hər şeyə reaksiya verməyəsən. Əsəb, stresslə uzun yaşamaq olmur. Mən özüm üçün nəticə çıxardım ki, hər çağırılan verilişə getmək, hər sualı cavablamaq lazım deyil. Mən özüm üçün bu nəticəni çıxardım və həyatımda da tətbiq edəcəyəm”. 
 
X.Şuşalı qeyd edib ki, son vaxtlar mərhum ifaçını tez-tez efirlərə çağıraraq ona qıcıqlandırıcı suallar verirdilər. O, həmkarının dediyi bəzi fikirlərin tamamilə yanlış anlaşıldığını deyib: 
 
“O insanın xroniki və ya sağalmaz xəstəliyi yox idi, sadəcə o qədər əsəb, stress keçirdi ki, özünü gərgin vəziyyətə saldı. Onu tanımayan yox idi, yəni heç efirlərə çıxmağına da gərək yox idi. Efirlərdə qıcıqlandırıcı sözlər deyirdilər, lazımsız suallar verib onu əsəbiləşdirirdilər. Hətta bir dəfə verilişlərin birində “İstəyirəm ki, həyat yoldaşımı mən basdırım” demişdi, sonradan bu kadrları paylaşıb müzakirə mövzusuna çevirdilər. Amma Cavanşir müəllim həmin sözü o mənada yox, tamam fərqli düşüncə ilə demişdi. Bir kişi olaraq istəmişdi ki, xanımı ondan sonra ortada qalmasın. Cavanşir Məmmədov hər aləmdə hörməti olan şəxs idi, istər “Vorovskoy” aləmdə, istərsə də belə özünə görə hörməti olan, hörmətini özü qazanan insan idi. 
 
Son vaxtlar bəzi verilişlər, saytlar, sosial şəbəkələr onu cəmiyyətə mənfi göstərməyə çalışırdı. Onun da yaşı az deyildi, istər-istəməz bu söz-söhbətlər onu əsəbiləşdirirdi.
 
Onun ölümünə çox pis oldum. Bir daha anladım ki, bu dünyada özün üçün yaşamalısan, kim nə dedi deyə daim düşünüb hər şeyə önəm verməməlisən. Özündə bu kimi düşüncələri “söndürməlisən”. Belə etməsən, əsəb, stress insana normal yaşamağa imkan vermir”.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
92
26
Sources
Comment ()
Close

Rating

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
12509
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
9248
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
8732
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
2520
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
2201
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
1950
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
1837
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1650
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
1234
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
1046
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
776
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
721
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
545
Arda Gülər dayanmır, yenə fərqləndi -
505
Helikopterdə olan Təbriz imamı danışdı: Sağdır!
437
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
429
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
424
Arda dubl etdi - VİDEO
412
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
400