Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.
Bu gün qadın voleybolçular arasında Azərbaycan çempionatına yekun vurulub.
İdmanxeber.az məlumat verir ki, Yüksək Liqanın final matçında “Azərreyl” “Abşeron”la üz-üzə gəlib.
Son iki mövsümün çempionlarının dueli gərgin mübarizə şəraitində keçib. Bakı İdman Sarayında təşkil olunan qarşılaşmanın taleyi 4 setdə həll olunub. Ötən mövsümün çempionu “Azərreyl” 3:1 hesablı qələbə ilə titulunu qoruyub.
Qadınların çempionatında 3-cü yeri “Gəncə”yə üç setdə qalib gələn “Murov Az Terminal” tutub.
Qeyd edək ki, ötən gün “Azərreyl”in kişilərdən ibarət komandası finalda “Murov Az Terminal”ı (3:2) məğlub edərək ölkə çempionu olmağı bacarıb