EN

Ermənistanın müdafiə naziri Fransa nümayəndə heyəti ilə Ermənistan-Fransa əməkdaşlığını müzakirə edib

Ermənistanın müdafiə naziri Suren Papikyan Fransa Senatının Fransa-Ermənistan dostluq qrupunun sədri Gilbert-Luc Devinazın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

BiG.AZ xəbər verir ki, bu barədə erməni mətbuatı bildirib.

Görüşdə Fransa Respublikasının Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Olivye Dekotini də iştirak edib.

Ermənistan-Fransa münasibətlərinin müxtəlif aspektləri, xüsusilə müdafiə sahəsində əməkdaşlığa diqqət yetirilib.

Həmçinin regional təhlükəsizlik məsələləri və Ermənistan Silahlı Qüvvələrində aparılan əsaslı islahatlar müzakirə edilib.


BiG.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
76
6
Sources
Comment ()
Close