EN

Deyəsən, mən deyən olacaq - Möhkəm ol, "Qəbələ"!

«Qəbələ»komandasınınyüksək liqadan düşməsiniheç istəmirəm.

Ümumiyyətlə, mən əyalət komandalarının tərəfdarıyam, xüsusilə də «Qəbələ»nin.

Bu şəhərdə futbolüçün Azərbaycanın özündənrazı komandalarında olmayan infrastruktur yaradılıb, akademiya yaradılıb, 4 stadion tikilibvə sair və ilaxır.

Və yazmışdım, yaxşı olar ki, «Qəbələ» birinci divizyondan yüksək liqaya keçmək istəyən komandaların biri ilə pley-of oynasın. Əgər pley-ofda da bəxti gətirməsəday başqasözüm yoxdur.

İndi mətbuatda oxuyuram ki, AFFA-nın yeni prezidenti Rövşən Nəcəf açıqlamaverib ki,növbəti mövsümdə yüksək liqadaklublarınsayı 12-yə çatdırılacaq.

Beləliklə, «Qəbələ»nin birinci divizyona düşmə ehtimalı sıfıra yaxınlaşır.

Ya dauzaqbaşı, birinci divizyonun qaliblərininbiri ilə pley-of oynayabilər.

Möhkəm ol, «Qəbələ»! Sən Azərbaycan futbolunda öz sözünü demiş bir klubsan və yenə də öz sözünüdeyəcəksən.

Sənəuğurlar arzulayırıq!

Aqil Abbas

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
31
Sources
Comment ()
Close