EN

“AzerGold”un I rübdə pərakəndə satış gəliri 8% artıb

“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) 2024-cü ilin birinci rübü ərzində qiymətli metalların pərakəndə satış bazarında fəaliyyətini uğurla davam etdirib.

Demokrat.az xəbər verir ki, bu dövr ərzində “AzerGold” QSC-nin rəsmi satış və mübadilə mərkəzində qızıl və gümüş sikkə, eləcə də qızıl külçələrin satışından 3 milyon 56 min 254 manat gəlir əldə edilib. Bu, ötən ilin eyni dövri ilə müqayisədə pərakəndə satış gəlirlərində 8% artım deməkdir. Səhmdar Cəmiyyət tərəfindən sözügedən dövr ərzində 713 unsiya qızıl, 8 unsiya gümüş məhsullarının pərakəndə satışı həyata keçirilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
132
12
demokrat.az

10Sources