EN

İki şagirdin faciəsi kimin üzərindədir?

Elmar Nurəliyev: “Xüsusən məktəblərdə elektrik qurğularının istismarı təhlükəsizlik qaydalarına uyğun olaraq həyata keçirilməlidir”

Bu günlərdə İmişli rayonunda yaşanan faciə hər kəsi üzdü. Söhbət aprelin 15-də 5 saylı orta məktəbin həyətində 10-14 yaşlı iki məktəblinin ölümü ilə nəticələnən bədbəxt hadisədən gedir.

Qeyd edək ki, Fərhan Məmmədzadə ilə birgə onun qohumu - 2010-cu il təvəllüdlü Amid Seyran oğlu İsbərov da elektrik cərəyanı vurması nəticəsində həyatlarını itiriblər. Onlar səkkizinci sinif şagirdləri olublar. Hazırda hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Bəs məktəb həyətlərində şagirdlər bu kimi elektrik şitlərindən necə mühafizə olunur? Onlar dəmir məhəccərlə izolə edilibmi? Faciəyə səbəb nə ola bilərdi? Günahkar kimdir? 

Elmar Nurəliyev 

Təhlükəsizlik qaydaları üzrə ekspert Elmar Nurəliyev mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb. Ekspert qeyd edib ki, təyinatından asılı olmayaraq, bütün obyektlərdə, xüsusən də məktəb həyətlərində elektrik qurğularının istismarı təhlükəsizlik qaydalarına uyğun olaraq həyata keçirilməlidir: “Nəzərə almaq lazımdır ki, buradakı şagirdlərin çoxu azyaşlıdır və onlar hər zaman təhlükələri görə, məntiqli qərar verə bilmirlər. Ümumiyyətlə, məktəblərdə uşaqların həyat və sağlamlığına təhlükə yaradacaq heç nə olmamalıdır. Təhlükəli vəziyyət yarandıqda aşkarlanaraq dərhal qabaqlayıcı tədbirlər görülməlidir. Əgər məktəbin hansısa hissəsində sökülmə, uçma ehtimalı, elektrik xətlərində qısaqapanmalar varsa və ya qazanxanalar tam təhlükəsiz vəziyyətdə deyilsə, bunlar gözardı edilməməlidir. Eyni zamanda belə situasiyalar baş verdikdə məktəb rəhbərliyi təxirəsalınmaz tədbirlər görməlidir.

Bu kimi problemlər əsasən rayon məktəblərində yaşanır. Orada bu təhlükəsizlik məsələlərinə kimin nəzarət etdiyi məlum deyil. Yaxşı olardı ki, hər gün dərs bitdikdən sonra məktəb ümumi, hərtərəfli yoxlanışdan keçirilsin. Əgər heç bir problem və ya risk faktoru yoxdursa, şagirdlər növbəti gün məktəbə buraxılsın. 

Elektrik təsərrüfatı həm yanğın təhlükəsini yaradan, həm də cərəyan vurması kim, yəni insanların həyat və sağlamlığına  kifayət qədər təhlükə yaradan amildir. Ona görə də mütləq şəkildə həm istismarı zamanı, həm də hər hansı təmir işləri aparılarkən elektrik təsərrüfatı təhlükəsizlik  qaydalarına uyğun olaraq davranmaq lazımdır. 

Əgər elektrik təsərrüfatında hər hansı nasazlıq baş vermişdisə onun dərhal vaxtında aradan qaldırılması üçün tədbirlər planı həyata keçirilməli, həmin yerə kənar şəxslərin girişi məhdudlaşdırılmalıdır və yalnız yaranmış nasazlıq  aradan qaldırıldıqdan sonra giriş təmin edilməlidir. Çünki elektrik təsərrüfatında baş verən hər hansı bir nasazlıq, neqativ hallar sonda bədbəxt hadisələrə gətirib çıxara bilir".

Ekspert vurğulayıb ki, müəssisələrdə elektrik şəbəkələrin, qurğuların, təsərrüfatının mütləq saz vəziyyətdə olması təmin edilməli, elektrik qurğularında şəbəkələrdə baş verə biləcək potensial risklər nəzərə alınmaqla, onların texniki vəziyyəti mütəmadi qiymətləndirilməli, mümkün ola biləcək qəzaların, fövqəladə hadisələrin qarşısının alınması üçün tədbirlər planı hazırlanıb işlənilməli, həyata keçirilməlidir: “Bütün təyinatlı obyektlər, hansı ki bunlar baxçalar, məktəblər, uşaqlar üçün əyləncə mərkəzləri, ümumi istifadə olunan parklar və yaxud insanların sıx yerləşdiyi məkanlar, gediş-gəlişin çox olduğu yerlər ola bilər, burada elektrik təsərrüfatının saz vəziyyətdə olması lazımdır ki, hər hansı bədbəxt  hadisənin baş verə biləcək riski olmasın”.

Elmar Nurəliyev xüsusilə elektrik transformatorlarının ciddi təhlükə mənbəyi olduğunu qeyd edib: “Elektrik transformatorları daim nəzarətdə olmalıdır. Nəinki azyaşlı uşaqların, eləcə də böyüklərin ona yaxınlaşması qadağandır. Yüksək gərginliyə malik elektrik transformatorların olduğu yerə hətta adi elektriklər də girə bilməz, yalnız bu sahə üzrə xüsusi ixtisasartırmadan keçmiş elektriklər girə bilər.  

Yəni elektrik transformatorları çox təhlükəlidir. Bu baxımdan onların ətrafı mütləq şəkildə bağlanmalı, çəpərlənməlidir. Çəpərlənmənin giriş qapısı isə daim bağlı olmalı, kənar şəxslərin içəri daxil olmaması ilə bağlı xəbərdarlıq edən, məlumatlandırıcı yazılar olmalıdır. Ətrafda yaşayan və yaxud çalışan insanların da bu barədə ilkin bilikləri olmalı, uşaqlar nəzarətsiz buraxılmamalıdır".


Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
32
6
Sources
Comment ()
Close

Rating

Ağdamda qayınata və onun keçmiş gəlini TUTULDU - FOTO
8187
Şahdağ, Qrız və Xınalıqda qar yağır – FAKTİKİ HAVA
5275
Moskvada azərbaycanlı oğul biznesmen atasını döyərək öldürdü, özünü binadan atdı
5088
Avropada mühacirətdə olan Mehdi Xəlilbəyli Bakıda həbs olunub
4835
Meyiti zirzəmidən tapılan Könülün ailəsində daha bir itki
4613
8 yaşlı qızı barədə Tiktokda bu sözləri dediyi anda polislər içəri girib apardı - FOTO
3780
Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
3090
"Komedixana"dakı Xəyalənin həyat yoldaşı görün kimdir - FOTO
2816
Bu məcburi köçkünlərə verilən aylıq müavinət dayandırıldı - RƏSMİ
2770
Övladlarını itirən aparıcı Aynur: "Belimi qırdınız"
2752
Sabah 20 dərəcə isti olacaq
2684
Gəncədə insident – azarkeşlər futbolçuları döydülər (ÖZƏL, FOTO)
2291
Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb
2253
Röyanın biabırçı videosu yayıldı
2217
Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində olublar
2106
Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxlanıldı
2080
Hikmət Hacıyev Baydenin müşaviri ilə Ermənistan-Azərbaycan normallaşma prosesini müzakirə edib
1851
“Anadolu Ankası – 2024” beynəlxalq təlimi başa çatıb - VİDEO
1710
İmtahan nəticələri - 16 nəfər maksimum bal topladı
1679
Zaur görün nə qədər maaş alırmış - Özü açıqladı - VİDEO
1615