Dr.med.Tomas Rau onu da bildirib ki, xərçəngin yaranmasında daxili xarici toksinlər, gündəlik hadisələr, maneə sahələri və təbiətdən gələn zərərli təsirlər əsas rol oynayır. Önəm daşıyan səbəblərdən biri qeyd edildiyi kimi, orqanizmin toksinlərlə yüklənməsidir. İnteqrativ Tibb metodlarının üstünlüyü onun fərqli səbəblərdən qaynaqlanan xərçəng xəstəliyinin müalicəsinə məhz fərdi və fərqli yanaşmasıdır. Bu xəstəliyin İnteqrativ Tibb metodları ilə müalicəsində aldığı uğurlu nəticələrə görə böyük təcrübəyə malik T.Rauya görə müalicənin ilk mərhələsində detoksikasiya- yəni orqanizmin toksin və şlaklardan təmizlənməsi həyata keçirilməlidir. Sonrakı mərhələlərdə immun sisteminin dəstəklənməsi və inteqrativ tibbin digər metodları tətbiq olunmalıdır. Əcnəbi mühazirəçinin xərçəng xəstəliyinin müalicəsinə yanaşması və nəticə əldə etmək üçün təqdim etdiyi müalicə taktikası seminar iştirakçılarının marağına səbəb olub.
Saglamolun.Az