EN

Polşa gömrüyü Ukraynadan gələn yük maşınlarının rəsmiləşdirilməsini dayandırıb

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Polşa aprelin 22-si səhərə qədər Ukraynadan daxil olan yük maşınlarının gömrük rəsmiləşdirilməsini dayandırıb.

“Report” xəbər verir ki, bu barədə Ukrayna Dövlət Gömrük Xidməti məlumat yayıb.

Belə ki, Polşa gömrüyü içərisində yük olan nəqliyyat vasitələrinin qeydiyyatını aprelin 21-i yerli vaxtla saat 17:00-dan (Bakı vaxtı ilə 19:00) 22 aprel səhər saat 07:00-a (Bakı vaxtı ilə 09:00) qədər aparmayacaq.

Polşa tərəfi bu cür addımın səbəbini texniki nasazlıqlarla bağlı olduğunu açıqlayıb.

Qeyd olunub ki, boş nəqliyyat vasitələrinin hərəkəti adi qaydada həyata keçiriləcək.

Chosen
71
1
1

1Sources

Comment ()
Close