EN

“Spartak”: Qurban Qurbanovdan sonra Okan Buruka təklif

Tarix: 21 Aprel 2024 16:28

"Spartak" "Qalatasaray"ın baş məşqçisi Okan Buruka təklif göndərib.
Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, Moskva klubu türkiyəli mütəxəssisə illik 2,5 milyon avro məvacib ödəməyə hazırdır.
Bu barədə Türkiyə mətbuatında məlumat yayılıb. Moskvalılar məşqçiyə 2,5 milyon avro bonuslar təklif edib. Amma Okan Burukun "Spartak"ın təklifini rədd etdiyi bildirilib. 50 yaşlı mütəxəssis "Qalatasaray"dakı işinə davam etmək arzusundadır. Ötən il İstanbul klubuna çempionluq qazandıran Burukun müqaviləsi iyunun sonunda bitəcək.
Qeyd edək ki, "Qarabağ"ın çalışdırıcısı Qurban Qurbanov da "Spartak"ın baş məşqçi vəzifəsinə namizəddir.

Milli.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
134
12
sonxeber.net

10Sources