Aztibb.az-ın "Həkimlərimizi tanıyaq!" rubrikası peşəkar səhiyyə işçilərini tanıtmaqda davam edir.
Rubrikada bu dəfə Yevlax Rayon Mərkəzi Xəstəxanasının terapevti Məhərrəm Şükür oğlu Gülməmmədovu oxuculara təqdim edirik.
Məhərrəm Gülməmmədov 1986-1991-ci illərdə Yevlax Rayon Mərkəzi Xəstəxanasında Poliklinika şöbəsində həkim-terapevt, 1991-1995-ci illərdə Yevlax RMX-da Poliklinika şöbəsinin müdiri, 1995-2004-cü illərdə Yevlax RMX-nın Həkim Məsləhət Komissiyasının sədri, 2004- 2011-ci illərdə həkim-terapevt vəzifələrində çalışıb. 2011-ci ildən Yevlax Rayon Mərkəzi Xəstəxanasında Poliklinika şöbəsinin müdiri kimi fəaliyyətini davam etdirir.