EN

Tavuş sakinlərinin bağladıqları Ermənistan-Gürcüstan yolu açıldı - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi ötən gecədən etibarən Tavuş sakinləri delimitasiya çərçivəsində kəndlərin Azərbaycana qaytarılması qərarına etiraz olaraq dövlətlərarası avtomobil yolunu bağlayıblar.

Bizim.Media xəbər verir ki, bu gün səhər saatlarından etibarən bağlanan Ermənistan-Gürcüstan dövlətlərarası avtomobil yolu açılıb.

Belə ki, etirazçıların bəziləri avtomobillərini yığışdırmağa razılaşıblar.

Etirazçılar sabah Ermənistan hökumətinin baş nazirinin müavini Mqer Qriqoryanla şəxsən görüşmək şərtilə aksiyanı dayandırıblar.

Qeyd edək ki, Qazaxın Bağanıs Ayrım və Aşağı Əskipara kəndlərində yaşayan ermənilər də ötən gecə Azərbaycanla razılaşdırılmış sərhəddə yolu bağlayıblar.
 



Bizim.Media
 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
178
22
Sources
Comment ()
Close